525.Az

Putinlə Zelenski arasında ilk telefon danışığı


 

Putinlə Zelenski arasında ilk telefon danışığı <b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında ilk dəfə telefon danışığı olub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, telefon bağlantısı barədə təşəbbüs Ukrayna tərəfindən gəlib.

D.Peskov qeyd edib ki, prezidentlər Donbassdakı konfliktin nizamlanması məsələlərini müzakirə ediblər.

“Həmçinin danışıqların Normand formatında davam etdirilməsinin mümkünlüyü müzakirə edilib”, - deyə, Rusiya prezidentinin mətbuat katibi əlavə edib.

 





12.07.2019    çap et  çap et