525.Az

Xələf Xələfov və Qriqori Karasin arasında telefon danışığı


 

Xələf Xələfov və Qriqori Karasin arasında telefon danışığı <b style="color:red"></b>

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Qriqori Karasin arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat yayılıb.

Bildirilib ki, telefon danışığı zamanı nazir müavinləri ikitərəfli əməkdaşlıq, eləcə də beynəlxalq və regional gündəmdə olan məsələləri, o cümlədən, avqustun 12-də Türkmənistanın Avaz şəhərində keçiriləcək I Xəzər İqtisadi Forumuna hazırlığı müzakirə ediblər.

 





12.07.2019    çap et  çap et