525.Az

ADPU rektoru “Tələbələrin dostu” sosial mükafatına layiq görüldü


 

ADPU rektoru “Tələbələrin dostu” sosial mükafatına layiq görüldü<b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov tələbələrin müraciətlərini çevik şəkildə cavablandırdığına görə ölkənin ən böyük təhsil səhifəsi olan və ölkə ali məktəblərini özündə birləşdirən “Azərbaycan Universitetləri” "Facebook" səhifəsinin təsis etdiyi “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb.

İyulun 12-də səhifənin rəhbəri Zöhrab Süleyman “Tələbələrin dostu” sosial mükafatını rektor Cəfər Cəfərova təqdim edib.

Görüş zamanı rektor universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin daha çevik və səmərəli qurulması, insan resurslarının inkişaf etdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi üçün həyata keçirilən böyük islahatlar, çoxsaylı layihələr haqqında ətraflı məlumat verib, qarşıya qoyulan hədəf və məqsədlərlə bağlı fikirlərini bölüşüb.

“Azərbaycan Universitetləri” feysbuk səhifəsinin rəhbəri Zöhrab Süleyman son 3 ildə ADPU-da baş verən keyfiyyət dəyişiklikləri və mütərəqqi yeniliklər nəticəsində universitetin cəmiyyətdə nüfuzunun xeyli yüksəldiyini və müsbət imicinin formalaşdığını vurğulayıb.

 





12.07.2019    çap et  çap et