525.Az

Azərbaycan pianoçuları İsveçrədə çıxış ediblər


 

Azərbaycan pianoçuları İsveçrədə çıxış ediblər<b style="color:red"></b>

İsveçrənin Val-de-Travers kantonunun Couvet qəsəbəsində daşıyan beynəlxalq fortepiano müsabiqəsi keçirilir. Müsabiqədə azərbaycanlı gənc pianoçular Leyla Kazımova və Rüstəm Zeynalov da iştirak edirlər.

Azərbaycanın İsveçrədəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq yarışma çərçivəsində, həmçinin, Couvet qəsəbəsinin "Temple de Couvet" kilsəsində "Azərbaycan Dostları" Birliyinin sədri Arzu Əliyeva tərəfindən azərbaycanlı pianoçuların konserti də təşkil olunub.

Konsertdə pianoçular tanınmış Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər. Konsertdə qəsəbənin ictimaiyyət nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər.

 





12.07.2019    çap et  çap et