525.Az

Lüksemburqda azərbaycanlı rəssamın əsərləri sərgilənib


 

Lüksemburqda azərbaycanlı rəssamın əsərləri sərgilənib<b style="color:red"></b>

Lüksemburqda "İnterNations Changemakers" qrupunun təşkilatçılığı ilə xeyriyyə sərgisi keçirilib. Sərgidə satılan əsərlərdən əldə olunan gəlir xeyriyyə işlərinə sərf olunacaq.

AZƏRTAC xəbər verir ki, sərgidə müxtəlif xalqları təmsil edən rəssamların, heykəltəraşların və illüstratorların əsərləri nümayiş olunub.

Azərbaycanlı rəssam Aynur Qasımovanın da əsərləri sərgilənib və böyük maraqla qarşılanıb. Azərbaycanlı rəssam əsərlərində daha çox parlaq, gözoxşayan rənglərə üstünlük verir.

Qeyd edək ki, azərbaycanlı rəssamın əsərləri Lüksemburqda bundan əvvəl də "Xiffətdə olan qadınlar" assosiasiyasının sərgisində nümayiş olunub.

 





12.07.2019    çap et  çap et