525.Az

Kremldən Putin-Zelenski açıqlaması


 

Kremldən Putin-Zelenski açıqlaması <b style="color:red"></b>

"Vladimir Putin və Vladimir Zelenski arasında olan telefon danışığı praqmatik idi".

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu iki prezident arasında baş tutan ilk söhbət idi və tanışılıq xarakteri daşıyırdı”, - deyə Peskov bildirib.

Qeyd edək ki, iyulun 11-də Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında ilk dəfə telefon danışığı olub. Telefon bağlantısı barədə təşəbbüs Ukrayna tərəfindən gəlib.

 





12.07.2019    çap et  çap et