525.Az

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yeni rəis


 

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yeni rəis <b style="color:red"></b>

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) rəisi vəzifəsinə təyinat olub.

"Report"un xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyin edilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov faktı "Report"a təsdiqləyib.

 





12.07.2019    çap et  çap et