525.Az

Tbilisidə növbəti etiraz aksiyası keçirilir


 

Tbilisidə növbəti etiraz aksiyası keçirilir<b style="color:red"></b>

Tbilisidə Gürcüstan parlamentinin binası önündə sayca 23-cü etiraz aksiyası keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, müxalifət liderlərinin də qatıldğı aksiyanın tələbi Gürcüstanın daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.

Eyni tələblə parlamentin binası qarşısında bir neçə etirazçı aclıq aksiyasını davam etdirir.

Təşkilatçılar iyunun 20-21-də Tbilisidə baş verən hadisələrə görə məsuliyyətin G.Qaxarianın üzərində olduğunu bildirirlər.

DİN rəhbəri ötən gün deyib ki, indiki zamanda istefa verməsi onun üçün məsuliyyətdən qaçmaqdır.

 





12.07.2019    çap et  çap et