525.Az

"Barri" qasırğası ABŞ-ın Luiziana ştatına çatıb


 

"Barri" qasırğası ABŞ-ın Luiziana ştatına çatıb<b style="color:red"></b>

ABŞ-ın Luiziana ştatının sahillərinə çatan “Barri” tropik qasırğası mütəxəssislər tərəfindən birinci dərəcəli qasırğa kimi dəyərləndirilib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın qasırğalara nəzarət milli mərkəzinin açıqlamasında deyilir.

Son məlumata görə, “Barri”nin fəlakət bölgəsində küləyin sürəti saniyədə 33 metrə çatır. Meteoroloqlar yaxın saatlarda onun episentrinin sahilə çatacağını proqnozlaşdırır.

Mütəxəssislər, həmçinin bildirir ki, artıq yaxın 24-36 saat ərzində “Barri”nin gücü tropik qasırğa səviyyəsindən aşağı düşəcək.

 





14.07.2019    çap et  çap et