525.Az

S-400 komponentlərini daşıyan 6-cı təyyarə Türkiyədə eniş edib


 

S-400 komponentlərini daşıyan 6-cı təyyarə Türkiyədə eniş edib<b style="color:red"></b>

S-400 zenit-raket komplekslərinin komponentlərini daşıyan 6-cı Rusiya təyyarəsi Türkiyədə enib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, təyyarə Mürted hərbi-hava bazasında eniş edib.

Xatırladaq ki, daha əvvəl komponentləri daşıyan 5-ci təyyarənin eniş etdiyi barədə məlumat verilirdi.

Qeyd edək ki, S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması iyulun 12-dən başlayıb.

 

 





14.07.2019    çap et  çap et