525.Az

Şəkidə baş vermiş hadisə ilə bağlı Dövlət Turizm Agentliyinin rəhbərliyi hadisə yerinə yollanıb


 

Şəkidə baş vermiş hadisə ilə bağlı Dövlət Turizm Agentliyinin rəhbərliyi hadisə yerinə yollanıb<b style="color:red"></b>

İlkin məlumata görə, Şəki Xan sarayında Xan çinarın budağının qırılması nəticəsində 19 nəfər xəsarət alıb.

Bunu APA-ya açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.

K. Quluzadə deyib ki,  həmin şəxslərin əksəriyyəti ambulator yardım alandan sonra evə buraxılacaq: "4 nəfər orta və ağır xəsarət alıb.  Xəsarət alanlar arasında həm xarici, həm də yerli vətəndaşlar var. Hüquq-mühafizə orqanları ilə birgə araşdırmadan sonra daha geniş məlumat veriləcək. Hazırda Dövlət Turizm Agentliyinin rəhbərliyi Şəkiyə gedir".

 





14.07.2019    çap et  çap et