525.Az

"Qanun"dan yeni nəşrlər - Siyahı


 

"Qanun"dan yeni nəşrlər  - <b style="color:red">Siyahı </b>

"Qafqaz günləri" - Banin

Qafqazda olan və Parisi fəth edən qız!

Azərbaycan əsilli fransız yazıçısı Baninin (Əsədullayeva Ümmülbanu Mirzə qızı) 1945-ci ildə Parisdə nəşr olunmuş romanıdır.
 
"Qafqaz günləri" romanında XX əsrin əvvəllərinə aid olan Azərbaycan tarixi təqdim olunur, o zamanki adət-ənənələr, həyat tərzi, mədəniyyət haqda ətraflı məlumat verilir.

Fransız dilində yazılmış roman avtobioqrafik faktlar üzərində qurulub. 

Image result for qafqaz günləri banin

"Kazaklar" - Lev Tolstoy

"Qanun" nəşriyyatının "Klassiklər" seriyasından işıq üzü görüən bu roman L.Tolstoyun ilk əsərlərindəndir. Roman ilk dəfə 1863-cü ildə nəşr olunub.

Romanda həyatında yepyeni səhifə açan gənc rus aristokratın kazak həyatıyla tanışlığı, bir kazak qızına aşiq olması, dünyanın və həyatın iki fərqli dərkindən danışılır. Əsər Tolstoyu, mədəniyyət toqquşmasının nə olduğunu və insanın baxış bucağının önəmini anladır.  

Image result for "Kazaklar" - Lev Tolstoy qanun

"Çöküş" - Alber Kamyu 

"Çöküş" böyük fransız yazıçısı, Nobel mükafatı laureatı Alber Kamyunun çap edilən son romanıdır. Romanın süjeti günah və günahsızlıq, azadlıq və insan varlığı kimi məsələlər  kontekstində inkişaf edir. Bütün bu təsvirlərin, mühakimə və mülahizələrin son nəticəsi odur ki, həyat absurddan başqa bir şey deyildir. Yazıçı bu məsələləri şüur axını metodundan istifadə edərək şərh edir. O dövrün başqa bir böyük ədibi Jan-Pol Sartrın fikrincə, "Çöküş" Kamyunun ən anlaşıqlı və ən gözəl romanıdır.

"Çöküş" romanını Kamyunun şah əsəri olan "Yabançı"nın davamı kimi də oxumaq mümkündür. "Çöküş"də insan malik olduğu bütün dəyərləri itirir və öz içinin dərinliyinə çökür. Onun bütün hissləri, beynini yoran düşüncələri XX əsrdə mövcud olan əxlaq, mənəviyyat prinsipləri ilə üzbəsurət, heç bir elementi gizlədilmədən ortaya gətirilir. O dərəcədə ki, insan özü-özündən iyrənir. Romanda əsas məqam - keçmiş vəkil Klamansın yağışlı bir gecə özünü göz yaşları içində körpüdən atan qızı seyr etməsi mətnin bütün künc-bucaqlarını işıqlandırır. Həyat, ölüm, varlıq, günah, azadlıq... kimi anlayışlar bir anda bütün mənasını itirir. Bu zəmanədə ən rahat yaşayan adamlar özlərinə süni həyat qurmuş fərdlərdir. Bax bu - XX əsrin, insan həyatının ən böyük qüsurudur.  

Image result for "Çöküş" - Alber Kamyu

"YOQA: Psixofiziki sağlamlığın sirləri" - Rasim Niyaz 

Yoqa qədim və ali mədəniyyətdir. Ali mədəniyyətə yiyələnmə şəxsi gücün artmasına səbəb olur. Şəxsi gücün artması Universal iradəyə yol açır. Universal iradədən şüurlu istifadə etmək qabiliyyəti həyat şəraitinin formalaşdırılmasına imkan verir. Bu qabiliyyət "təbii magiya sənəti" səviyyəsinə malik olmaq deməkdir ki, insan gündəlik ruzu uğrunda arası kəsilməyən mübarizədən azad olunur. Gündəlik ruzu insana və onun ailəsinə lazımi və ideal həcmdə öz-özünə gəlir, sanki hadisələr həmişə müvəffəqiyyətlə onun xeyrinə formalaşır.

Aliquam Vitae

 





14.07.2019    çap et  çap et