525.Az

Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi


 

Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi<b style="color:red"></b>

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanla sərhəddə yerləşən Keçikçi Dağı Məbəd-Kompleksi ilə bağlı ölkə ictimaiyyətinə müraciət edib.

“Report”un yerli bürosu xəbər verir ki, DİN vətəndaşları Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın işinə mane olmamağa çağırıb.

Müraciətdə qeyd olunub ki, ötən gün sərhəddə baş verən kiçik insidentlə bağlı araşdırma aparılır:

“Biz cəmiyyəti və vətəndaş qruplarını razılığın mümkün qədər tez əldə olunması üçün delimitasiya üzrə komissiyanın işinin sakit mühitdə keçirilməsinə imkan verməyə çağırırıq”.

Qeyd edək ki, ötən gün Keşikçi Dağı Məbəd-Kompleksində bələdçi çalışan vətəndaş azərbaycanlı sərhədçilərin kilsədən ikonaları icazəsiz götürdüklərini iddia edib. Kiçik insident yaransa da, problemin sonradan həll olunduğu bildirilir.

 





15.07.2019    çap et  çap et