525.Az

“Bir həsirəm, bir Məmmədnəsir...”


 

“Bir həsirəm, bir Məmmədnəsir...” <b style="color:red"></b>

Yaddaşımın küncündən...

 

Gününü uzun illər əminliklə sentyabrın 2-si söyləmişəm belə keçib gedib. Ancaq indi bu tarixə şübhə eləyirəm: doğrudanmı məhz həmin gün?! Axı indi həmin tarix çox böyük əhəmiyyət kəsb edirən azı ona görə ki, söhbət adi vətəndaşdan deyil, tarixi şəxsiyyətdən gedəcək.

 

Dəqiqləşdirirəm: həmin il – 1968-ci ildə sentyabrın 1-i bazar gününə təsadüf eləmişdi, bizAzərbaycan Dövlət Universitetinin digər kurs tələbələri kimi 1-ci kurs tələbələri dərs ilinə ertəsi günsentyabrın 2- başlamışdıq. Həmin günün tanışlıq-filana həsr olunduğunu nəzərə alsaq, deməli, mən indi müəyyən əminliklə ayın 3-dən bəhs etməliyəm...

 

lll

 

Dərslərimiz 2-ci növbədə olduğundan burası dəqiqdir ki, ilk dərsimiz artıq arxada qalmışdı biz Asiya Afrika ölkələrinin tarixi fənnindən mühazirə üçün hamılıqla birinci, əslində yarımzirzəmi mərtəbəyə enib fizika fakültəsinin rus sektoru tələbələrinin dərs keçdikləri auditoriyanın boşaldılmasını gözləyirdik.

 

Qapı açıldı çölə çıxanlarla içəri doluşanların eyni vaxtda hərəkəti başlandı. İçəri doluşanları, yəni bizi başa düşmək olardı: BU BOYDA universitetdə ilk sanballı dərs günümüzdür heç kim müəllimdən sonra auditoriyaya girməklə həm qoyulmuş daxili qaydanı pozmaq, həm özü barədə konkret müəllimdə pis fikrin (“...intizamsızdır”) yaranmasına bais olmaq istəmirdi.

 

Hər nəsə, ümumi axında sonuncudan axırıncılar sırasında auditoriyaya daxil olan qarayanız cavan oldu. Həmin o uzaq illərdə İSTİSNASIZ OLARAQ HƏR ŞEY indikindən fərqləndiyi kimi hava da bir ayrı cür idi: mənim yaddaşımda həmin qarayanız, qıvrım şəvə saçlı müəllim məhz yaxası açıq dəri pencək-gödəkcədə qalıb, indi həmin pencək-gödəkcəni ən yaxşı halda yəqin ki, 15-20 gündən sonra geyinərlər.

 

Auditoriya eləydi ki, sonuncu partalar giriş qapısının ağzına düşürdü, təbii ki, yazı taxtası, kafedra (müəllimin mühazirə oxuması üçün nəzərdə tutulmuş xitabət kürsüsü) üzərində sinif (qrup) jurnalı qoyulan stol yuxarı başda idi. Dəri pencək-gödəkcəli hündürboy müəllim tələbə yoldaşlarımın yerbəyer olmasını cəmi bir dəqiqə, əllərini sinəsi bərabərliyində ovuclamış halda gözlədi, sonra sifətinə mənalı bir təbəssüm verərək özünü təqdim elədi:

 

Şərqşünaslığı bitirmişəm. İnşallah, sizdə ilin sonunacan bu kursu aparacam... Maraqlandığınız qalan şeyləri ordan-burdan öyrənə bilərsiniz...

 

Sonuncu kəlmələri lap mənalı-mənalı, burnunu bir az da yuxarıya dartmaqla söylədi ... qapı döyüldü. Müəllim: “Buyurunsöyləyəndə, demək olar, hamımız geriyə, qapıya tərəf boylandıq. İçəri arıq-arğaz, indiki meyarlarla baxanda kəndçifason bir rus qızı girdi, təbii bir utancaqlıqla: “ izvinite menya, veşşi moi ostalis zdes...” deyə üzrxahlıq elədi.

 

Yadımdadır, üç sıralı partaların orta sırasında, lap öndə, müəllimlə üzbəüz oturmuşdum, qız da unutduğu şeyləri dili əli ilə məhz bizim partadan götürmək istədiyinə işarə eləyirdi. Müəllim, heç olmayıbmış kimi, sakitcə: “Buyurundeyincə bizön partada oturanlar kəndçi (kəndçimi?) ağlı-düşüncəsiylə yer-yerdən: “Zdes”, “Zdes”, “Von zdesdeyə bağırışdıq. Qız əl çantasını, onunla yanaşı bir kitabını daha nəyisə yığıb: “Blaqodaryudeyərək auditoriyadan çıxanacan baxışlarımızla onu müşayiət elədik. Qapının örtülməyi ilə müəllimin ağzının açılmağı bir oldu (aradan 44 il keçib, indi düşünürəm ki, o, həmin təhqiramiz sözləri məhz bizə, içi mən qarışıq, ön orta partada oturub canfəşanlıq edənlərə yox, hamıya ünvanladı):

 

Tüpürüm sizin kişiliyinizə!.. olub, ə? matah olub? Bir rusmatişka 20 nəfərlik, – (o vaxt qrupumuz tam formalaşmasa da, hər halda daha çox idik), – azərbaycanlının olduğu auditoriyaya, özü Azərbaycan Dövlət Universitetinin auditoriyasına girir, azərbaycanca danışmaq əvəzinə öz dilində nəsə qırıldadır həmin bu 20 nəfər xornan onaZdes”, “Zdesdeyə cavab verir. Ayıb deyilmi sizə? Siz bu ağılnan, düşüncəynən oxuyub Azərbaycanı günə çıxarmaq istəyirsiniz?..

 

Mənimlə yanaşı oturmuş, özünü tarixdən hamıdan ağıllı bilən qubadlılı Oruc ayağa qalxıb üzrxahlıq eləməyə başladı, amma onun da üzrxahlığı guya müəllimin sözünün üstünə söz gətirməyimizə görə idi, müəllim isə tamam ayrı, lap ayrı şeylərdən danışırdı, dediyindən ən azı bunu anlamaq çətin deyildi ki, bizAzərbaycan oğulları (məhz oğulları!) gərək dəstəynən bir rusmatişkasının qabağında özümüzü sındırmayaydıq, çünki həminmatişkamahiyyət, “vid-fasonetibarilə buna layiq deyildi...

 

Müəllim isə sanki danışmağa mövzu tapmışdı:

 

Azərbaycan Dövlət Universiteti dedim, üzr istəyirəm ifadəmə görə... Azərbaycan Dövlətsiz Universiteti! Dövlət universitetinin auditoriyası bu kökdə olmaz!.. – Sonra o, çoxumuzun adını ilk dəfə eşitdiyimiz bir neçə nəfərin adını çəkdi: – Vəzifələrini saxlamaq üçün Azərbaycanın Rusiyanın tərkibinə könüllü daxil olmasının 150 illiyini bayram elətdirdilər, halbuki bu, başdan-ayağa işğal faktıdır. İngiltərədəki dostlarımız bu məsələni BMT- qaldırmağa hazırlaşdıqları vaxt bunlar burda bunu bayrama çevirdilər...

 

Müəllim alov püskürürdü, uşaqların hamısı bu qeyri-adi mühazirənin harda necə bitəcəyini gözlədikləri məqamda müəllim stolun üstündəki jurnala işarə ilə:

 

Kimdirsinifkom”?

 

O, məhzsinifkomdedi, bizim bildiyimizsəstarostaidi. Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini Növruzəli Zeynalovun oğlu, yaşına görə babat çəkiyə malik olan Namiq ayağa durdu, yəni ki, mən.

 

Jurnalı həmişə özün doldurarsan, verərsən mən qollayaram. Sizə Asiya-Afrika ölkələrinin yox, lap əvvəl Azərbaycanın tarixini bilmək lazımdır. Hərçənd həmin ölkələrin tarixində Azərbaycanla bağlı məqamlar yox deyil. Elə Misir tarixini götürək. “Barbarossa planıdeyirlər... Buna Avropa Barbarossa deyir, bunlar əslində iki qardaşdırBaba Oruc   Xeyrəddin Barbarossa. XVI əsrdə bunlar bütün Şimali Afrikada nəhəng imperiya yaradıblar. Bunlar xalis türkdürlər!.. Hələ Tulunilər var, bunların dövləti var...

 

Dərsin ilk 45 dəqiqəsinin vaxt bitdiyini, zəngin vaxt çalındığını bizdən heç kim hiss eləməsə müəllim ayıq imiş:

 

Çıxın, siqaretimizi çəkək, sonra dərsimizi davam edərik...

 

Biz, 4-5 qatı siqaretçəkən həmin yarımzirzəmidən daha yuxarı mərtəbələrə qalxan pilləkənin altında yığışıb olanımızdan tüstülətməyə başlamağa girişəndə kimsə dirsəyimə toxundu. Çevriləndə müəllimi gördüm: “ çəkirsən?”. O dövrün ən populyar, ucuzdan-ucuz siqaretinin – ”Primanın adını çəkdim. “Birini verdedi müəllim. Bu, həmin gün 17 yaşlı bir kənd uşağının ikinci dəfə şoka düşməsi demək oldu: müəllim tələbəsindən (şagirdindən) siqaret istəyirdi! (Dünyada, görünür, heç izsiz ötüşmür, heç itmirmiş: düz 25 il sonra o, Azərbaycan Respublikası prezidentinin iqamətgahındakı balaca qəbul otağındaMarlborosiqaretiyləPrimanın əvəzini çıxdı...)

 

Mən vəziyyətin məhrəmliyindən istifadə edərək canıyananlıq göstərmək istədim:

 

Dediklərinizin hamısıynan şərikik, mahiyyətini dəqiq anlamasaq da, ürəyimizdən xəbər verir. Ancaq nəzərə alın ki, 20-25 nəfərlik bir dəstədə dostlarla yanaşı ürəyi istəməyənlər, çuğullar, satqınlar da ola bilər...

 

O, siqaretə dərin bir qullab vuraraq altdan-altdan gülümsədi:

 

Boş şeydir. Mən Nil üstündəki Əsvanda, yəni sizin dillə Asuanda tərcüməçi işləyəndə Xruşşov ora gəlmişdi. Tikintidə olduğu bir neçə saat ərzində sovetlərdən gələnlər onun ayaqqabılarını yalayırdılarhərə bir şey diləyirdi, o da əshabələrinə göstəriş verirdi ki, vətəndə bu xahişlər dərhal yerinə yetirilsin. Tək mən ehramlardan birinin kölgəsinə sığınıb özüm barədə, imperiya dövləti başçısının təbəələrinə verə biləcəyi sədəqənin mahiyyəti barədə düşünürdüm.

 

Yerli icraçısının gözü mənə sataşdı, dedi ki, bəs sən niyə bir şey xahiş eləmirsən? O vaxt dövlətin başçısından istənilməli iki şey vardı: ev minik maşını. Mənimsə bunların heç birinə ehtiyacım yoxdu... Təxminən on beş il qabaq kənddən çıxıb Bakıya gələndə anamdan halallıq almışam, demişəm ki, ana, mən bu yola düşürəmbunun tutulmağı var, şikəst edilməyi var, öldürülməyi var. Mənə südünü halal elə hesab et ki, mən adda oğul dünyaya gətirməyibsən, o vaxt mənimlə bağlı ən ağır xəbəri göz yaşı axıtmadan, mərdi-mərdanə qarşılaya bilərsən...

 

Bax, bu mənada bir həsir, bir Məmmədnəsir olanın nəyinə lazımdır ev, maşın?! Xruşşov oturduğum yerə yaxınlaşanda müşayiətçilər qımıldanmadığımı görübxatası bizdən uzaqprinsipi ilə, məni uzaqdan-uzağa bir yerli kimi qələmə verdilər... Bəli, mən həmin adamam; bir qorxan gözə çöp düşər, mənə heç olmaz. Siz özünüzü qoruyun ki, gələcəkdə sıralarımız boş qalmasın...

 

...Otuz yaşlı o  müəllim Əbülfəz Qədirqulu oğlu Əliyev idi – 24 ildən sonra müstəqil Azərbaycan Respublikasının Prezidenti olacaq Əbülfəz Elçibəy!..

 

 

Sentyabr 1968 – oktyabr 2012

 

 





11.10.2012    çap et  çap et