525.Az

"Aİ və Türkiyə "Cənubi Qaz Dəhlizi"nin həyata keçirilməsinə böyük dəstək göstərib"


 

"Aİ və Türkiyə "Cənubi Qaz Dəhlizi"nin həyata keçirilməsinə böyük dəstək göstərib"<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) və Türkiyə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənubi Qaz Dəhlizi" layihəsinin maneəsiz həyata keçirilməsinə böyük dəstək göstərib.

Trend-in məlumatlna görə, bunu Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefçoviç "Cənubi Qaz Dəhlizi"nin iştirakçılarından biri olan Türkiyə ilə Aİ münasibətlərindən danışarkən deyib.

Onun sözlərinə görə, Aİ ilə Türkiyə arasında əməkdaşlıq potensialı çox yüksəkdir.

Vitse-prezident qeyd edib ki, layihə gələn il istismara veriləcək:

"Bundan sonra Cənubi Avropa ölkələri, eləcə də Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Türkiyə ərazisi ilə nəql edilən Azərbaycan qazını alacaq".

 





16.07.2019    çap et  çap et