525.Az

Təmayül sinifləri üzrə tədris planları təsdiqləndi


 

Təmayül sinifləri üzrə tədris planları təsdiqləndi <b style="color:red"></b>

Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2019-2020-ci dərs ili üçün tədris planları təsdiq edilib.

AzərTAc xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun əmri ilə 2019-2020-ci dərs ilində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin X-XI sinifləri üçün tədris planları və “Tədris planlarına dair qeydlər” (1–15 nömrəli əlavələr) təsdiq edilib.

Əmrə əsasən, Ümumi və məktəbəqədər təhsil şöbəsi və Maliyyə şöbəsi tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını, İnformasiya şöbəsi isə əmrin əlavələrlə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

Təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2019-2020-ci dərs ili üçün tədris planları ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

http://edu.gov.az/upload/file/emre-elave/2019/07/15_07_19-tarixli-447-nomreli-emre-elaveler.pdf

 





16.07.2019    çap et  çap et