525.Az

Avropa İttifaqı Komissiyasının yeni prezidenti bəlli oldu


 

Avropa İttifaqı Komissiyasının yeni prezidenti bəlli oldu <b style="color:red"></b>

Bu gün Avropa Parlamentində baş tutan gizli səsvermədə Ursula von der Leyen 383 parlament üzvünün dəstəyini qazanaraq Avropa İttifaqı (Aİ) Komissiyasının yeni prezidenti seçilib.

APA-nın xəbərinə görə, hazırda Avropa İttifaqı Komissiyasının prezidenti vəzifəsini icra edən Jan-Klod Yunker oktyabrın 31-də vəzifədən gedəcək.

Qeyd edək ki, yeni seçilən prezident bundan əvvəl Almaniyanın müdafiə naziri vəzifəsində çalışıb. O, Aİ  Komissiyasının prezidenti vəzifəsinə seçilən ilk qadındır.

 





17.07.2019    çap et  çap et