525.Az

"Abşeronda suyun verilməsi bir neçə saatdan sonra bərpa olunacaq" - Rəsmi açıqlama


 

"Abşeronda suyun verilməsi bir neçə saatdan sonra bərpa olunacaq" - <b style="color:red">Rəsmi açıqlama </b>

Abşeron rayonunun bəzi ərazilərində içməli suyun verilməsində müşahidə edilən məhdudiyyətlər bir neçə saat ərzində aradan qaldırılacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının “APA-Economics”ə verdiyi məlumata görə, magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar ASC-nin əməkdaşları gecəboyu işləyiblər, işlər hazırda da davam edir:

"Bir neçə saatdan sonra işlər yekunlaşacaq və suyun verilməsi bərpa olunacaq".

Qeyd edək ki, yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar artıq bir neçə gündür Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər var.

 





18.07.2019    çap et  çap et