525.Az

2020-2025-ci illər üzrə yeni elm strategiyası hazırlanır


 

2020-2025-ci illər üzrə yeni elm strategiyası hazırlanır<b style="color:red"></b>

“Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır”.

APA-nın xəbərinə görə, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə  deyib.

Akademik qeyd edib ki, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” başa çatıb və strategiya çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı ölkə rəhbərliyi qarşısında hesabat verilib.

AMEA prezidenti elmin yeni inkişaf yollarını müəyyənləşdirən 2020-2025-ci illərə dair yeni strategiyanın hazırlanacağını bildirib:

"Burada AMEA-nın və bütövlükdə Azərbaycan elminin gələcək inkişaf istiqamətləri öz əksini tapacaq, eyni zamanda elmi qanunvericiliyə dair normativ-hüquqi sənədlərdə alim və mütəxəssislərin fəaliyyətini genişləndirməyə imkan verən dəyişikliklərin edilməsilə bağlı təkliflər irəli sürüləcək. Strategiya planı Təhsil Nazirliyi, ali təhsil müəssisələri, eləcə də AMEA-nın elmi bölmələri, elmi müəssisə və təşkilatlarının birgə təklifləri əsasında hazırlanacaq. Sənədin yekun layihəsinin təsdiqlənməsi üçün dövlət başçısına müraciət olunacaq”.

 





18.07.2019    çap et  çap et