525.Az

Yeni internet televiziya yaradıldı


 

Yeni internet televiziya yaradıldı<b style="color:red"></b>

Azərbaycanda “Kanal 5” adlı yeni internet televiziya yaradılıb.

Adıçəkilən kanalın rəhbəri, politoloq Ramiz Alıyevin verdiyi məlumata görə, əsas məqsədləri ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələri işıqlandırmaq, media aləminə töhfələr verməkdir. 

Bundan başqa, tamaşaçılar televiziya efrində sosial-iqtisadi, mədəni sahələrdə, o cümlədən, vətənpərvərlik mövzusunda araşdırma, təhlil xarakterli verilişlər izləyə biləcəklər.

“Kanal 5”i “www.kanal5.az” saytı ilə yanaşı, sosial şəbəkələr vasitəsilə (İnstagram: “@kanal5_tv”, Facebook: “Kanal 5 tv”, Youtube: “Kanal 5” ) izləmək mümkündür.

 





19.07.2019    çap et  çap et