525.Az

"Qanun"dan yeni nəşrlər - Siyahı


 

"Qanun"dan yeni nəşrlər - <b style="color:red">Siyahı </b>

Metronun yaylı qapıları- Əli Kərim

Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə çap olunan kitabda müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Əli Kərimin əsasən məşhur şeirləri toplanıb. Nəşrdə yer verilən əsərlər bu yaxınlarda vəfatının 50-ci ildönümü tamam olan Əli Kərimin şair kimi əbədiyaşarlığını bir daha isbatlamaq, poeziyasının ən səciyyəvi cəhətlərini əks etdirmək baxımından xüsusi önəm daşıyır.

Kitab Əli Kərim poeziyasının vurğunları, eləcə də şairin yaradıcılığı ilə yaxından tanış olmaq istəyənlər, gənc qələm sahibləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitab AYB katibi Rəşad Məcidin ön sözü ilə çap olunub.

"QANUN" NƏŞRLƏR EVİ adlı şəxsin şəkli.

Atatürk və Əhməd Ağaoğlu - Vilayət Quliyev

Azərbaycanın Macarıstandakı səfiri, tanınmış filoloq-alim Vilayət Quliyevin "Atatürk və Əhməd Ağaoğlu" adlı monoqrafiyası böyük Atatürkün rəhbərliyi ilə türk xalqının milli-azadlıq mübarizəsinə - Qurtuluş savaşına başlanmasının 100 və Əhməd Ağaoğlunun anadan olmasının 150 illiyinə həsr olunub.

Kitabda azərbaycanlı mütəfəkkirlə Türkiyə Cümhuriyyətinin qurucusu Atatürk arasında 1919-cu ildə başlayan və təxminən 20 ilə yaxın davam edən dostluq əlaqələrinin, işgüzar və şəxsi-ailəvi münasibətlərin geniş mənzərəsi öz əksini tapıb.

"QANUN" NƏŞRLƏR EVİ adlı şəxsin şəkli.

Demian - Herman Hesse

Görkəmli alman nasiri, şairi, esseçisi, dünya ədəbiyyatı klassiklərindən biri, Nobel mükafatı laureatı Herman Hessenin "Demian" povesti 1919-cu ildə kitab bazarına çıxan kimi başgicəlləndirici məşhurluq qazanıb. Yazıçının ilkin yaradıcı-lığına aid olan bu əsər avtobioqrafik yük daşımaqla bərabər, yaddaşlardan silinməyəcək təsir gücünə malikdir.

Müəllif özü öz əsərini belə izah edirdi: "Bu kitab fərdiyyəçiliyi, şəxsiyyətin təşəkkül tapmasını, yəni elə bir şeyi vurğulayır ki, bunlarsız ali həyat yoxdur. Özünə sadiq qalmağı tələb edən bu prosesdəsə yalnız bir böyük düşmən var - şərtilik, ətalət, meşşanlıq. "Şərtilik adlı yalançı Allahı qəbul etməkdənsə, hər cür cin-şeytanla döyüşmək yaxşıdır".

Картинки по запросу Demian - Hermann Hesse qanun.az

 





21.07.2019    çap et  çap et