525.Az

Sabah Türkiyədən Gürcüstana BTQ ilə ilk yük qatarı göndəriləcək


 

Sabah Türkiyədən Gürcüstana BTQ ilə ilk yük qatarı göndəriləcək<b style="color:red"></b>

İyulun 23-də Türkiyənin Ərzurum şəhərində yerləşən Palandökən logistika mərkəzindən Gürcüstana ilk ixrac qatarı göndəriləcək.

Bu barədə “APA-Economics” Türkiyənin Dövlət Dəmir Yolları qurumunun məlumatına istinadən xəbər verir.

Məlumata əsasən, yük qatarı Türkiyə ilə Gürcüstan arasında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə hərəkət edəcək .

“Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Türkiyə ilə bölgə ölkələri arasında yükdaşımaların sürətləndirilməsinə xidmət edəcək”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, 2017-ci ilin oktyabrında istifadəyə verilən BTQ dəmir yolu xətti Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilib.

 





22.07.2019    çap et  çap et