525.Az

Daha bir ali məktəbdə magistratura yaradılacaq


 

Daha bir ali məktəbdə magistratura yaradılacaq<b style="color:red"></b>

Azərbaycanın daha bir ali məktəbində magistratura pilləsinə qəbul keçiriləcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Strasburq Universiteti üzrə elmi eksperti Pierre Collet deyib.

O bildirib ki, 2020-ci il üçün UFAZ-da magistratura pilləsinə qəbul nəzərdə tutulur:
 
"Hazırda Təhsil Nazirliyi ilə bu istiqamətdə danışıqlar aparılır. UFAZ-ı bitirən tələbələr ikili diplom vasitəsilə magistr təhsilini həm Azərbaycanda, həm də Avropa ölkələrində davam etdirə bilərlər".

P.Collt qeyd edib ki, növbəti tədris ili üçün 80 nəfər akademik Strasburq Universitetindən UFAZ-a dəvət olunacaq.

Qeyd edək ki, UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və kompüter elmləri ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Ren 1 və ADNSU) alacaqlar. 2019/2020-ci tədris ilində universiteti 120 tələbənin bitirməsi gözlənilir.

 





23.07.2019    çap et  çap et