525.Az

Bayram günlərində hava necə olacaq?- YENİLƏNİB


 

Bayram günlərində hava necə olacaq?- <b style="color:red">YENİLƏNİB</b>

Bakı və Abşeron yarımadasında oktyabrın 15-də səhər havanın buludlu olacağı, arabir yağış yağacağı, axşam qeyri-sabit hava şəraitinin davam edəcəyi, yağış yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər zəif şərq, gündüz və axşam isə mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun səhər 15-17, gündüz 18-20, axşam 15 dərəcəyə yaxın isti olacağı gözlənilir. Oktyabrın 15-də Azərbaycanın rayonlarında əsasən şimal və şərq rayonlarında yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
 
Oktyabrın 16-da səhər havanın tutqun olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında yağışın tədricən kəsiləcəyi, axşam dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Səhər mülayim cənub-şərq küləyi, gündüz və axşam cənub küləyi əsəcək, arabir güclənəcək.
 
Havanın temperaturunun səhər 16-18, gündüz 16-20, axşam 15-17 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında oktyabrın 16-da arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur.  Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 22-27, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
 
Yaxın 2 gün ərzində Abşeron yarımadasında qeyri-sabit, rütubətli hava şəraiti, oktyabrın 16-da atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

_____



Oktyabrın 15-də Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu gecə 10-13, gündüz 15-18 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında oktyabrın 15-də şimal və şərq rayonlarında yağış yağacaq, bəzi rayonlarda intensiv olacağı gözlənilir.
 
Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 20-25 dərəcə, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.

 





14.10.2013    çap et  çap et