525.Az

Allahşükür Paşazadə Argentina səfiri ilə görüşdü


 

Allahşükür Paşazadə Argentina səfiri ilə görüşdü<b style="color:red"></b>

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Argentinanın Azərbaycandakı səfiri Serxio Osvaldo Peres Qunella ilə görüşüb.

APA-nın xəbərinə görə, görüş zamanı tərəflər hər iki ölkənin cəmiyyətlərinin eyni dəyərləri bölüşmələri və fərqli dinlərə qarşı hörmət bəslədikləri barədə həmfikir olduqlarını vurğulayıblar.

Görüşdə bu ilin noyabr ayında Bakıda təşkil olunacaq dinlərarası zirvə toplantısı haqqında da müzakirələr aparılıb.

 





24.07.2019    çap et  çap et