525.Az

Lənkəran teatrında yeni tamaşanın premyerası olub- Foto


 

Lənkəran teatrında yeni tamaşanın premyerası olub- <b style="color:red">Foto</b> Oktyabrın 12-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında  italyan dramaturqu Aldo Nikolainin “Dəmir sinif”  tamaşasının premyerası olub.

525.az-ın məlumatına görə, teatrın baş rejissoru Tural Mustafayevin  quruluş verdiyi bu səhnə əsərində insanların ahıl yaşlarında  yaşamağa məhkum olduqları tənhalıqdan söhbət açılır. Tənhalığın insan həyatına gətirdiyi  depressiya, dəhşətli anlar, arzuolunmaz həqiqətlər tamaşada qabarıq plana çəkilir.
 
Bir sıra səbəblərdən qoca yaşlarında doğmaları tərəfindən diqqətdən kənarda qalan, atılan, tərk edilən, son nəticədə isə qocalar evində məskunlaşan üç ahıl qocanın həyat hekayəsini göz yaşları axıtmadan izləmək qeyri-mümkündür.
 
Tamaşaçılar hər üç qocanın həyatın onlara bəxş etdiyi tənhalıq, kimsəsizlik adlanan girdabından çıxmaq üçün necə mübarizə aparmalarının şahidi olurlar. Əsərin səhnə tərtibatı rəssam Tərlan Sadıqovun, musiqi tərtibatı Fərahim Qələmoğlunundur.
 
Rolları teatrın tanınmış aktyorları, xalq artistləri  Böyükxanım Əliyeva və Qabil Quliyev, əməkdar artist Təvəkkül Əliyev ifa edirlər.

Foto: Ağaddin BABAYEV
 





14.10.2013    çap et  çap et