525.Az

Əyyub Quliyev opera artistlərinin beynəlxalq müsabiqəsində münsiflik edib


 

Əyyub Quliyev opera artistlərinin beynəlxalq müsabiqəsində münsiflik edib<b style="color:red"></b>

Sankt-Peterburqda Georgiy Ots adına opera artistlərinin III Beynəlxalq müsabiqəsi böyük uğurla keçərək yekunlaşıb.

Müsabiqədə bu il rekord sayda iştirakçı qeydə alınıb. İki gün ərzində Avropa, Asiya və hətta, Afrika qitəsini təmsil edən 160 nəfərə yaxın müğənni çıxış edib.

Sankt-Peterburq şəhər hökümətinin və Mədəniyyət komitəsinin təşkilatçığı ilə baş tutan müsabiqə Georg Otsa yaradıcılığına istinadən iki müxtəlif nominasiyada - "opera" və "operetta" janrlarında keçirilib.

Müsabiqədə iştirak edən gənc vokalistlərin seçimini aparmaq üçün dünyanın müxtəlif teatrlarının bədii rəhbərləri, nüfuzlu musiqi agentliklərinin başçılarının təmsil olunduğu münsiflər heyəti dəvət olunub.

"La Skala" teatrının musiqi rəhbəri Luka Tarjettinin (İtaliya) rəhbrlik etdiyi heyətdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyev də vardı. Münsiflər gənc vokalçıları hər gün 15-16 saat dinləyərək qiymət veriblər.
 
Nəticədə Almaniya, Rusiya və Özbəkistan nümayəndələri müsabiqənin laureatları seçiliblər. "Opera" nominasiyasında  birinci yeri Quri Quryev (Rusiya), ikinci yeri Darya Rositskaya (Rusiya), üçüncü yeri isə İvan Şerbatıx (Almaniya) və Akılbek Piryazov (Özbəkistan) tutub. "Operetta"' janrında isə Laura Minen (Almaniya) və Oleq Fedonenko (Rusiya) qalib gəlib.

Müsabiqənin bütün turları və bağlanış mərasimi Sankt-Peterburq Dövlət Kapellasında Sankt-Peterburq Akademik Simfonik orkestrinin müşayiətilə keçirilib.

 





24.07.2019    çap et  çap et