525.Az

Azərbaycanlı zəvvarlar üçün Ərəfat günü mərhələsi başlayıb


 

Azərbaycanlı zəvvarlar üçün Ərəfat günü mərhələsi başlayıb<b style="color:red"></b>

 Bu gündən Həcc ziyarətində olan azərbaycanlı zəvvarlar üçün Ərəfat günü mərhələsi başlayıb.

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, zəvvarlarımız buna qədər artıq Peyğəmbərimizin ilk həyat yoldaşı Həzrəti Xədicə və Həzrəti Əlinin atası Əbu Talibin dəfn olunduqları məzarlığı ziyarət ediblər. Bu gündən isə Mina və Ərəfata çıxmağa başlayıblar.
 
Zəvvarlar 25 kilometrlik səfərin ardından əvvəl Minaya, ardından Ərəfata gedir. Kimisi bu gündən Ərəfata gedərkən, kimisi də Peyğəmbər Əfəndimizin sünnəsini yerinə yetirmək məqsədilə Minada qalır. Təhlükəsizlik qüvvələri havadan və qurudan zəvvarların təhlükəsizliyini təmin edir. Hacı namizədləri Mina və Ərəfatda yerləşəcəyi çadırlara yerləşdirilir. Ərəfatdan sonrakı dayanacaq Müzdəlifə olacaq.
 
Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətində 3700 zəvvar iştirak edir.

 





14.10.2013    çap et  çap et