525.Az

Milli Kitabxanada Mətbuat Günü sərgisi


 

Milli Kitabxanada Mətbuat Günü sərgisi<b style="color:red"></b>

Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə ilk Azərbaycan milli mətbuatının əsası qoyulub.

1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görmüş "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, bütün dövrlərdə həqiqət carçısı olub. 1991-ci ildən 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunmağa başlandı.

Bu münasibətlə iyul ayının 22-də Azərbaycan Milli Kitabxanasında "22 İyul - Milli Mətbuat və Jurnalistika Günü" adlı geniş kitab sərgisi açılıb.

Sərgidə Həsən bəy Zərdabinin əsərləri, haqqında yazılan kitablar, Azərbaycanın milli mətbuat tarixini əks etdirən ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 





24.07.2019    çap et  çap et