525.Az

Emin Dominikan gözəlini klipinə çəkdi


 

Emin Dominikan gözəlini klipinə çəkdi<b style="color:red"></b>

Xalq artisti Emin Ağalarov "Nejnaya" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, ekran işinə Cennifer Lopes, Enrike İqlesias kimi məşhurların klipini çəkən Cessi Terrero rejissorluq edib.

Klipin baş qəhrəmanı "Miss Mundo Republica Dominicana 2017" Aletxa Mueses olub.

Emin bildirib ki, ekran işi Dominikanda lentə alınıb:

"Ölkənin rəngarəngliyi və ətrafın gözəlliyi işimizi daha da möhtəşəm etdi. İsti klip rəqslərlə zənginləşdirilib. Mahnının yazdıranda istədim ki, klipi məhz Cessi lentə alsın. Çünki onun işləri rəngarəng və əsl yay ab-havalıdır. Uzun müddətdir bir-birimizi tanıyırıq".

 





24.07.2019    çap et  çap et