525.Az

Ukraynada küçələrdən birinə Müslüm Maqomayevin adı verildi


 

Ukraynada küçələrdən birinə Müslüm Maqomayevin adı verildi<b style="color:red"></b>

Ukrayna Dniprovski Şəhər Sovetinin deputatları martın 8-də şəhərin Kilsə bölgəsindəki 8 Mart küçəsinin adınının dahi müğənni Müslüm Maqomayevin şərəfinə dəyişdirilməsi barədə qərar verib.

"Report" xəbər verir ki, müvafiq qərar dünən Dniprovski Şəhər Sovetinin növbəti iclasında qəbul edilib.

Qeyd edək ki, 8 Mart küçəsinin adının Müslüm Maqomayevə dəyişdirilməsi tövsiyəsi aprelin 2-də keçirilən ictimai dinləmələrdə qəbul edilib.

Şəhərin ünvan planı sektorunun müdiri Svetlana Qladkayanın sözlərinə görə, küçənin adının dəyişdirildilməsi təklifini Dnepropetrovsk vilayətində fəaliyyət göstərən "Dnepropetrovsk Azərbaycanlılar Liqası" ictimai təşkilatının sədri Sərxoş İsmayılov irəli sürüb.

 





25.07.2019    çap et  çap et