525.Az

DSX: "İran gəmisinin heyət üzvlərinin hamısı xilas edilib, gəmi batıb" - Yenilənib


 

DSX: "İran gəmisinin heyət üzvlərinin hamısı xilas edilib, gəmi batıb" - <b style="color:red">Yenilənib </b>

Dövlət Sərhəd Xidməti (DSX) İran gəmisinin Xəzər dənizində batması ilə bağlı məlumat yayıb. 

DSX-nin Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, bu gün saat 14:15-də xidmətin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.

Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlanıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

***

Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.

 





26.07.2019    çap et  çap et