525.Az

Netanyahu İlham Əliyevi təbrik edib


 

Netanyahu İlham Əliyevi təbrik edib<b style="color:red"></b>

İsrail Dövlətinin baş naziri Benyamin Netanyahu oktyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA-nın məlumatına görə, B. Netanyahu prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə dövlət başçısını təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
 
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə B. Netanyahuya minnətdarlığını bildirib.
 
Söhbət zamanı Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik, bu ölkənin kommunikasiya və nəqliyyat naziri Damir Hadziç, İordaniya Senatının sədri Tahir Əl-Masri də Azərbaycan prezidentinə təbrik ünvanlayıblar.

 





14.10.2013    çap et  çap et