525.Az

Gədəbəydə Milli Yaylaq Festivalı başlayıb


 

Gədəbəydə Milli Yaylaq Festivalı başlayıb<b style="color:red"></b>

Gədəbəy rayonunda Milli Yaylaq Festivalı başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, festival rayonun Miskinli yaylağında keçirilir.

Festivalın açılış mərasimində Kənd Təsərrüfatı naziri İnam Kərimov, Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan və digər şəxslər iştirak ediblər.

Festivala 16 ölkədən nümayəndələr qatılıb.

3 gün davam edəcək festival çərçivəsində əski xalq oyunları təşkil ediləcək, yaylaq mətbəx nümunələri hazırlanacaq, yerli yorğa atların sərgi-müsabiqəsi keçiriləcək, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının satış-yarmarkası da olacaq.

Festivalda Azərbaycanda yaşayan müxtəlif etnik qrupların  nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışlarına da yer veriləcək.

Tədbir zamanı qonaqlar və turistlər arasında masa güləşi, kəndir dartma kimi kütləvi oyunların da keçirilməsi planlaşdırılır.

 





26.07.2019    çap et  çap et