525.Az

Prezidentə müraciət etmiş jurnalistə mənzil verildi


 

Prezidentə müraciət etmiş jurnalistə mənzil verildi<b style="color:red"></b>

Ev üçün Prezident İlham Əliyevə müraciət etmiş jurnalist mənzillə təmin olunub.

APA-nın xəbərinə görə, bu barədə “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həzi özünün “facebook” səhifəsində yazıb.

“İş yoldaşımız, tanınan, çalışqan, fədakar jurnalistlərdən biri olan Ramid İbrahimovun ölkə Prezidentinə müraciəti müsbət nəticə verdi. Bu gün Ramidi Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə dəvət etdilər və ona Qobu Park-da məcburi köçkünlər üçün inşa olunmuş binada mənzil ayrıldığını bildirdilər.

Ramid İbrahimovun ailəsi və özü 1993-cü ildə Füzuli rayonunun işğalı nəticəsində məcburi köçkün düşüb.

Bu yaxınlarda ailə quran Ramidin həyat yoldaşı da, həyat yoldaşının valideynləri də məcburi köçkündürlər. Ramid özü də, həyat yoldaşı da Bakı şəhərində işləyirlər və kirayədə yaşayırlar. Çox çətinlik çəkirdilər.

Müraciətə müsbət cavab verdiyi, gənc ailənin probleminə həssaslıq göstərdiyi üçün Prezident İlham Əliyevə kollektivimiz adından təşəkkür edirəm. Müvafiq qurumların rəhbərlərinə və bizə dəstək göstərmiş bütün həmkar dostlara - dəyərli media quruluşlarına, zəhməti keçən bütün jurnalistlərə təşəkkür edirəm. Ramidi və ailəsini isə ürəkdən təbrik edirəm!” – deyə, baş redaktor yazıb.

 

 





27.07.2019    çap et  çap et