525.Az

İran gəmisində xilas edilən 9 nəfər Bakıya gətirilib


 

İran gəmisində xilas edilən 9 nəfər Bakıya gətirilib <b style="color:red"></b>

Lənkəran limanı yaxınlığında qəzaya uğrayan İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru - yük gəmisində xilas edilən 9 nəfər heyət üzvü Bakıya gətirilib.

APA-nın məlumatına görə heyət üzvləri Dövlət Sərhəd Xidmətinin (DSX) gözətçi gəmisi ilə Bakı Limanına gətirilib.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin yüksək vəzifəli əməkdaşı da Bakı Limanında olub. 

İranın qəzaya uğrayan gəmisinin kapitanı Vikaşi Barlayın APA-nın əməkdaşına açıqlamasında xilasetmə tədbirlərinə görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, İranın İSNA agentliyinin verdiyi məlumata görə, batan gəmi İran İslam Respublikası Gəmiçilik Donanmasına aid deyil. Əlavə edilib ki, sözügedən gəmi İranın özəl sektoruna aiddir.

Eyni zamanda, bildirilib ki, ekipaj üzvlərindən 7 nəfəri İran vətəndaşı, 2 nəfəri isə Hindistan vətəndaşıdır.

 





27.07.2019    çap et  çap et