525.Az

2 cəmiyyətə məxsus mehmanxanaların fəaliyyəti dayandırıldı


 

2 cəmiyyətə məxsus mehmanxanaların fəaliyyəti dayandırıldı<b style="color:red"></b> Mədəniyyət və Turizm Nazirliyi ötən ay iki cəmiyyətə -"Səyahət-A" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Qəçrəş" Açıq Səhmdar Cəmiyyətinə məxsus mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş lisenziyaların müddəti dayandırılıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, eyni zamanda "Sultanbud" Məhdud Məsuliyyətli Cəmiyyətinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılıq (lisenziya) ləğv edilib.

Bundan başqa, nazirlik tərəfindən bu ilin sentyabrında 10 hüquqi və fiziki şəxsə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib. "Deluxe Hotel", "SVIT" Məhdud Məsuliyyətli Cəmiyyətinin  "Paradise Baku", "LA BELLA" Məhdud Məsuliyyətli Cəmiyyətinin "RİGS HOTEL", "12 İNN" Məhdud Məsuliyyətli Cəmiyyətinin "12 İNN", "Masallı-Mehmanxana" Açıq Səhmdar Cəmiyyətinin "Masallı", "Nemi”, "GİLAN" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Qəbələ", "Fəxri-Məmmədli" Məhdud Məsuliyyətli Cəmiyyətinin “FM Hotel" mehmanxanalarına, "OLD BAKU" qonaq evinə, "TURKOM" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Palıdlı Sahil" istirahət mərkəzinə lisenziya verilib.
 





14.10.2013    çap et  çap et