525.Az

İstanbulda Türk Dünyası Muzeyi yaradılacaq


 

İstanbulda Türk Dünyası Muzeyi yaradılacaq<b style="color:red"></b>

İstanbul Mədəniyyət Universitetinin (İMU) Türk dili və ədəbiyyat fakültəsinin müəllimi və doktorantı Aytən Namazova AMEA-nın Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Oruc Əliyevlə görüşüb.

Folklor İnstitutundan AzərTAc-a bildirilib ki, görüşdə Aytən Namazova İMU və Türk Dünyası Araşdırmalar Mərkəzi tərəfindən İstanbulda Türk Dünyası Muzeyinin yaradılacağını qeyd edib. O, yeni yaradılacaq muzeyin tədbirlər planı çərçivəsində Azərbaycan, Qaqauz, Noqay, Krım, eləcə də Altay türklərinin folklor və etnoqrafiyasını əhatə edəcək kitabın hazırlanmasının planlaşdırıldığını söyləyib.

Aytən Namazova Gəncə, Şəmkir, Qazax, Ağstafa, Tovuz bölgələrinin folkloru, etnoqrafiyası ilə bağlı materiallar hazırlamaq məqsədilə həmin ərazilərə gedəcəyini bildirib.

Sonda müəssisənin nəşrləri qonağa təqdim olunub.

 





29.07.2019    çap et  çap et