525.Az

1502-ci ilin başlanğıcı - Tüdorların uğurları və bədbəxtliklər seriyası


 

1502-ci ilin başlanğıcı - <b style="color:red">Tüdorların uğurları və bədbəxtliklər seriyası </b>

(Əvvəli ötən şənbə sayımızda)

Katerina o qədər də gözəl deyildi. O, Marqaretdən 3 yaş böyük idi, lakin uzunluqda heç də ondan seçilmirdi. Onun qəhvəyi saçları var idi, Marqaretinki də bir qədər tutqun rəngdə idi. Onun da mavi gözləri var idi, qaşları və kirpikləri çox yaxşı idi. Onun qaymaq kimi solğun dərisi məftunedici idi. O, nazik bədənli idi. Beli olduqca nazik idi, ayaqları da xırda olmaqla, gülməli bir tufli geyinmişdi, ayaq barmaqları qızılla bəzənmişdi və tuflisinin qızıl bağları var idi. Marqaretin ağlına da gələ bilməzdi ki, Ledi nənəsi ona qızıl bağı olan çəkmə geyinməyə icazə versin.

Belə görünürdü ki, Katerina buraya gəlməsinə görə özünü xoşbəxt hesab edir, axı kral VII Henri onu öz böyük oğlu Artura ərə almaq üçün seçmişdir. Katerina, yəqin ki, Allahın ona təyin etdiyi yeri heç kəsə verməyəcəkdir.

Gəlin əvvəlcə qayınanasını, sonra isə Ledi nənəni görməli oldu. Tezliklə ona məlum oldu ki, hamıdan əvvəl Ledi nənəyə ehtiram göstərməlidir. Sonra o, böyük baldızı ilə öpüşdü, lakin baldız onu ürəkdən sevməyə heç də hazır deyildi. Katerina özü üç bacıya malik olmaqla doğulmuşdu və böyümüşdü, sarayda rəqabətin heç vaxt kəsilmədiyini və rəqibliyin nə olduğunu bilirdi. Marqaret ona fransızca müraciət etdi: "İngiltərəyə xoş gəlmisən!" O da ingilis dilində bəlağətli şəkildə dedi: "Mənə öz bacımla görüşmək xoşdur".

Ledi ana ilk dəfə idi ki, öz gəlinini görürdü. Onlar bir-biri ilə latınca danışırdılar. Ana sonra musiqiçiləri dəvət etdi və Harri ilə Marqaret ingilis saray mahnısı altında dövrə vurmağa başladılar.

Katerina Merini qucağına aldı, lakin qız latınca və ispanca bir sözü də başa düşmürdü, ancaq gözlənilmədiyi halda qızcığaz əlini Katerinanın boynuna saldı və öpüb, onu "bacı" adlandırdı.

Hamı belə qənaətə gəldi ki, Katerina İspaniya kralı və kraliçasının sadəcə ən kiçik qızı olaraq qalmır, ingilisə ərə getməklə Tüdorlar sulaləsinə daxil olmasına da şaddır. O, real printsessa idi, gələcəkdə kralın arvadı olmaqla, təbii olaraq kral ailəsinin üzvü olacaqdı. Bu o deməkdir ki, bu qız İngiltərə kraliçasına çevriləcəkdir.

Katerina vətənindən çox uzaqda idi, iri bir ailəyə adət etməyi öyrənməli idi. Onun, yəqin ki, hansısa bir dosta, rəfiqəyə ehtiyacı var idi. O, özünə rəfiqələr, həqiqi qadın dostlar, bacılar tapmalı idi ki, gələcəyə ümidlə baxa bilsin.

Anası güman edirdi ki, oğlu Artur və onun xanımı sarayda qalacaqlar, lakin atası düşünürdü ki, onlar Arturun knyazlığına getməli və Ladlouda yaşamalıdırlar. Ledi nənə isə deyirdi ki, "Uels printsi Uelsi də idarə etməlidir".

Marqaret nədənsə Katerinaya qısqanclıqla yanaşırdı, elə bilirdi ki, onun da atası və anası öz atası kimi taxt-taca bir az əvvəl gəlmişlər və bundan iftixar hissi keçirməkdən əlavə heç nəyə malik deyildi. "Onlar bizdən heç də yaxşı deyillər. Onların da qədim nəsil xətləri yoxdur?"

Lakin Artur bu mülahizə ilə razılaşmırdı, arvadı barədə deyirdi: "Onun valideynləri İspaniyanı işğal etmiş mavrlardan onu geri almışlar. Onlar dünyadakı ən böyük səlibçilərdir. Onun anası hərbi kraliçadır. Onların qeyri-adi var-dövləti, sərvəti vardır və hələ xəritəyə salınmamış bir dünyanın sahibidirlər. Həqiqətən də, onlar üçün fəxr etməkdən ötəri çox sayda səbəblər vardır". Artur sözlərinə davam edərək əlavə etdi ki, bizim atamız anamın bütün əmisi oğlanlarını döyüşdə öldurmüşdür və yalnız bir iddiaçıdan savayı onların hamısını məhv etmişdir. İki il əvvəl isə o, bizim öz əmimiz oğlu Eduardı da edam etmişdi. Məgər bunlarla fəxr etmək olarmı?"

İngilis dilini bilmədiyinə görə Katerinanın utancaqlığına gəldikdə, Marqaret bildirdi ki, "Axı nəyə görə o, utancaq olmalıdır? O, ərə getməyə hazırlaşır, İngiltərənin kraliçası olmağa hazırlaşır". Artur onun bu sözlərinə güldü və bacısını qucaqladı: "Sən düşünürsən ki, dünyada İngiltərə kraliçasından başqa heç nə yoxdur?"

Bacısı dedi: "Heç nə. O da bu qənaətə gələcək və minnətdar olacaqdır". Artur isə bacısına belə cavab verdi: "Sən də Şotlandiya kraliçası olacaqsan. Bu da həmçinin, böyük məsələdir. Sən bunu səbirsizliklə gözləməlisən. Kral Ceyms belə bir gəlinə malik olmağına görə yəqin ki, xoşbəxt olacaqdır".

Marqaretin Katerinaya münasibəti dəyişmirdi, paxıllıqdan onu Araqonluya yaxın olan "Arrogant (həm latın, həm də ingilis dilində bu söz "lovğa, təkəbbürlü" mənasını verir) Katerina" adlandırırdı, beləliklə, gəlinlərini xoşa gəlməyən, həm də elə bir ciddi əsası olmayan  sözlə   "mükafatlandırmışdı".

Arturla Katerinanın toyu çox gözəl keçdi, mərasimi Ledi nənənin özü təşkil etmişdi. Fəvvarələrdən şərab tökülürdü, bütöv öküz cəmdəyi qızardılmışdı. Adamlar toy xalçasından kəsib götürürdülər ki, Tüdor sülaləsinə aid olan şərəfin kiçik bir hissəsinə də olsa, sahib olsunlar.

Gəlin toyda çox gözəl görünürdü. Onun uzun saçları qızılı rəngdə idi və çiyinlərindən belinə qədər tökülmüşdü. Bayram başa çatanda qoşa qapılar açıldı və Tüdor kraliçasının rəqqaslarından ibarət dəstə içəri daxil oldu. Baş rəqqasə ispan printsessası kimi geyinmişdi. Katerina Araqonlu əl çalırdı və minnətdarlıq rəmzi kimi krala təzim edirdi.

Sonra Artur anasının ledilərindən bir ilə rəqs etməyə başladı. Harri və Marqaret isə qalmoard rəqsi üçün ortaya atıldılar. Ata və ana onlara əl çalırdı. Rəqs sona çatanda Harri ilə Marqaret əl-ələ tutub adamlara baş əydilər. Marqaret bu vaxt ətrafdakı şotland lordlarına göz dikmişdi. Şotlandiya kralının qohumu olan Ceyms Hamilton qızın layiqli kraliça olacağı qənaətinə gəldi, axı onun əmisi oğlu kral Ceyms də həm rəqsi, həm də bayramları sevirdi və yəqin ki, Marqaretin şəxsində özünə yaxşı bir sirdaş tapacaqdı.

1502-ci ilin başlanğıcı 

Bu hadisələr İngiltərədəki Riçmond sarayında cərəyan edirdi. Marqaretin dualarına cavab verildi, çünki guya Allah daim Tüdor dua edənlərini eşidir, Şotlandiya kralı öz səfirinə göstəriş verdi ki, qızın atasının müşavirləri ilə danışıq aparsın. Onlar Marqaretin cehizlərini, nökərlərinin xərcini, ona vaxtaşırı veriləcək məbləğ və Şotlandiyada gələcəkdə ona mənsub olacaq torpaq sahələri barədə razılaşdılar. Ledi nənə nəvəsinə dedi ki, "Printsessa Marqaret, bunu demək mənə xoşdur ki, Allahın iradəsi ilə sən ərə getməlisən". Ledi nənə öz hökmünü yekunlaşdırmaqda heç vaxt uğursuz olmurdu, heç bir kəs də onun sözünü kəsə bilməzdi.

Qız isə soruşdu ki, o, nə vaxt və harada ərə gedəcəkdir? Anası təntənəli qaydada dedi ki, "Bu, elə bu ay baş verəcəkdir. Kral öz nümayəndələrini göndərəcək və sən vəkalətli şəxsin vasitəsilə nişanlanacaqsan". Qız isə vəkalətli şəxsin olmasını istəmirdi və ona görə də soruşdu: "Bəs niyə kralın özü yox?" Ledi nənə bildirdi ki, "Sən Edinburqa gedəndə orada başqa mərasim keçiriləcəkdir. O vaxt sənin 14 yaşın olacaqdır". Qız, az qala, qışqırdı: "Lakin mən gözləmək istəmirəm. Gözləməyə mənim ehtiyacım yoxdur".  

1502-ci ilin yazı 

Marqaret özünün səlahiyyətli nüamyəndələr vasitəsilə baş tutacaq toyu barədə qardaşı, Uels printsi Artura məktubla xəbər verdi və onun evə qayıtmasını xahiş etdi. Marqaret Qrinviç sarayında anası ilə bir süfrə arxasında nahar edirdi, artıq hər ikisi kraliça olduqlarından eyni boşqabdan yeyirdilər.

Məktubunda həm də qardaşının yadına salırdı ki, Şotlandiyaya öz toyuna getməyi planlaşdırır və ölkəni tərk etməmişdən əvvəl onunla görüşmək istəyir. Yəqin ki, İngiltərədən uzaqlaşdıqdan əvvəl onu görməyi çox arzulayır. Həm də yaxşı olar ki, qardaşı onu təzə paltarda görsün. Onu da bilirdi ki, onun baqaj karvanı yüzlərlə arabadan ibarət olmalı idi.

Bacısı Artura yazdı ki, sarayda biz sənin üçün çox darıxırıq. Mən tezliklə uzağa, Şotlandiyaya gedəcəyəm ki, kral mənə cehiz torpaqlarını verməklə, öz nikahını təsdiq etsin. Artur da evə dönməli idi ki, ona "yaxşı yol" arzulasın. Məktub Ladlouya göndərildi.

Marqaretə izah etdilər ki, artıq o, kraliçadır və həm öz valideynlərinə, həm də ərinə itaət etməlidir. Elə bu vaxt onlar Arturun ölüm xəbərini aldılar. Ladlouda olan Artur və Katerina ağır xəstələnmişdilər. Xəstəliyin tif olduğu güman edilirdi. Toyundan beş ay sonra ərini itirən Katerina isə sağala bilmişdi. Marqaret qardaşının ölümünə heç cür inanmaq istəmirdi. Ona dəhşətli xəbəri anası çatdırdı və qız təkrar-təkrar deyirdi: "Bu, Arturdur? O, ölmüşdür?"

Danışırdılar ki, o, tərləyəndən sonra ölmüşdür, bu, bütün Tüdorlar üçün böyük faciə idi. Bu xəstəlik, çox güman ki, atasının həbsdə olmuş əsgərləri ilə Fransadakı dustaqxanadan gəlmişdi. Ordu Uelsdən keçmişdi ki, Londona gəlsin. İngiltərə heç vaxt bu xəstəliyi görməmişdi. VII Henri Bosvort döyüşündə III Riçarda qalib gəlmişdi, Riçardın adamları üzərində törədilən dəhşətə görə özünə tac qoyulmasını da ləngitmişdi. Adamlar bunu "Tüdor lənəti" adlandırırdılar və deyirdilər ki, onun hökmranlığı da tərləməklə başlamışdır və göz yaşları ilə sona çatacaqdır. Bədbəxtlikdən, tərin və göz yaşlarının ağırlığı və müdaxilə edən ordunun da lənəti məhz günahsız, bədbəxt Arturun üzərinə tökülmüşdü.

Kral və arvadı böyük oğullarının itkisini olduqca çətin keçirirdilər, axı onun hələ heç 16 yaşı da yox idi. Onlar öz varislərini itirmişdilər, bu oğlan növbəti kral olmaq üçün hazırlanırdı. VII Henri öz taxt-tacı üçün vuruşmuş və sonra da onu müdafiə etməli olmuşdu. Plantagenet əmi oğlanları bu vaxt bir-birinə Avropada açıq düşmənçilikdə idi. Adamlar Arturu Tüdor qızılgülü adlandırırdılar, o, iki qızıl gülləri - qırmızı Lankaster və ağ York gülünü birləşdirməli olan bir kol idi.

Tüdorun dörd uşağından bu vaxt yalnız üçü qalmışdı, ilk doğulan və ən yaxşısı artıq həyatdan getmişdi.

Bu vaxt Harri ölən qardaşının yerində Uels printsi olmaqla, gələcəkdə İngiltərə kralı olmalı idi. Atası isə qorxurdu ki, yeganə varisini də itirə bilər. Harrini öyrədirdilər ki, kral olmaq üçün lazım olan hər şeyi bilsin, ona görə də onunla artıq daha yaxşı davranırdılar.

Marqaretin "Arrogant" adlandırdığı Katerina bu yeni ada heç də layiq deyildi, çünki heç də lovğa, təkəbbürlü adam təsiri bağışlamırdı. O, bənizi solmuş şəkildə Ladloudan bağlı təxti-rəvanda gəlmişdi. Ledi qayınanası ona çox mərhəmətlə yanaşdı, baxmayaraq ki, o, bu ailə üçün hələ heç nə etməmişdi və Arturu, onun ömrünün son aylarında ailə üzvlərindən "oğurlayıb", kənara aparmışdı.

Katerina böyük xərc hesabına Darhem hauzda yaşayırdı. Onu vətəninə, İspaniyaya göndərmədilər. Kral da ona dul qadın kimi malikanə və ya başqa mülkiyyət verməyə hazır deyildi, çünki gəlin kimi onun bütöv cehizini o vaxta qədər almamışdı. Nəticəsi olmayan toyun özü də minlərlə funta başa gəlmişdi. Bu vaxt İngiltərənin xəzinəsi də boş idi.

Katerina vaxtını matəmdə keçirməklə, tənha yaşayırdı. Bu qız İspaniyadan gəlib, ərini saraydan uzağa aparmış və onun ölümünü müşahidə etmişdi. O deyirdi ki, Artur öləndən əvvəl onunla özəl bir söhbət aparmışdır: "Mən də ona söz verdim. O, məndən vəd verməyi xahiş etdi və mən də həmin vədi verdim". O, böyük baldızına dedi ki, səni əmin edə bilərəm ki, mən onun son arzularına əməl edəcəyəm. Mən daim onun arzuları ilə hərəkət edəcəyəm. Mən and içmişəm. Və əlavə etdi: "Təəssüf ki, bizim üçün bu, heç vaxt baş verməyəcəkdir". Baldızı isə nəyin heç vaxt baş verməyəcəyini başa düşmürdü.

(Ardı var)

 





29.07.2019    çap et  çap et