525.Az

Vurğun Vəkilov: "Harada oluramsa Azərbaycan musiqisini təbliğ edirəm"


 

Vurğun Vəkilov: "Harada oluramsa Azərbaycan musiqisini təbliğ edirəm"<b style="color:red"></b>

Musiqi ilə dörd yaşımdan məşğul oluram. Uşaq ikən Bakıda bir çox konsertlər vermişəm. Hazırda Fransada Paris Ali Musiqi Məktəbində fortepiano üzrə təhsil alıram.

Bu sözləri AzərTAc-a müsahibəsində Qara Qarayevin ev-muzeyində təşkil olunan konsert zamanı gənc pianoçu Vurğun Vəkilov deyib.

“Bir çox beynəlxalq festivallarda iştirak etmişəm. İtaliyanın Pesaro şəhərində keçirilən müsabiqədə birinci yeri, Fransada “Adilə Əliyeva adına pianoçuların beynəlxalq müsabiqəsi”ndə ikinci yeri tutmuşam. Heç zaman digər məşhur piano ifaçıları ilə bir yerdə çıxış etmək barədə düşünməmişəm. Məncə bu, qeyri professional bir addımdır. Çünki məşhur pianoçular yalnız solo ifa etməyə çalışırlar. Gələcək planlarım hər bir professional pianoçu kimi müsabiqələrdə iştirak edib yer tutmaqdır. Harada oluramsa Azərbaycan musiqisini təbliğ edirəm”, - deyə, Vurğun Vəkilov bildirib.

 





30.07.2019    çap et  çap et