525.Az

"Lenovo" "HP"-ni geridə qoydu


 

"Lenovo" "HP"-ni geridə qoydu<b style="color:red"></b> Son yeddi il ərzində dünyanın nəhəng fərdi kompüter istehsalçısı mövqeyini tutan ABŞ-ın Hewlett-Packard (HP) şirkəti liderliyi Çinin Lenovo korporasiyasına verib.

525.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə Gartner analitik şirkətinin son rübü əhatə edən statistik məlumatlarında deyilir.

IDC şirkəti də fərdi kompüterlər bazarı üzrə statistik məlumatları dərc edərək birinci yerdə hələ ki HP-ni görür, lakin adıçəkilən şirkətlər arasında fərqin minimuma endiyini qeyd edir. IDC-nin hesablamalarına istinad etsək,cari rübdə Lenovo-nun fərdi kompüterlər bazarında HP-ni ötmək şansına malik olduğunun şahidi olarıq. 
 
Analitiklər bildirirlər ki, Lenovo-nun fərdi kompüterlər seqmentində birinci yerə çıxmasına iki cür yanaşmaq olar. Birincisi – bu, Lenovo-nun aqressiv qiymət siyasətinin və dünya ambisiyalarının nəticəsidir. İkincisi – şirkətin birinci yerə çıxması diqqətini mobil-planşet və server bazarlarına yönəldən Qərb istehsalçıları buna şərait yaratmasaydılar, çətin ki bu mümkün olardı.

Bununla belə, HP-nin istehsalçılar reytinqində birinci yeri əldən verməsi, şirkət üçün birmənalı olaraq mənfi məlumatdır. Yeri gəlmişkən qeyd edək ki, HP rəhbəri Meqan Uitman şirkət üçün inkişaf yollarını axtarmağa çalışsa da, hələ ki nəzərəçarpacaq nəticəyə nail ola bilməyib.  

Gartner şirkətinin hesablama üsuluna əsasən, Lenovo hazırda bazarın 15,7 faizini, HP 15,5 faizini tutur. IDC-nin məlumatına görə, HP şirkəti 15,9 faiz payla hələlik liderlik edir, Lenovo isə ondan cəmi 0,2 faiz geri qalır. Gartner nümayəndələri bildirilər ki, hesabat rübü ərzində Çin istehsalçısı dünya bazarına 13,8 milyon, HP 13,55 milyon yeni fərdi kompüter tədarük edib. IDC nümayəndələrinin fikrincə, HP-nin tədarük həcmi 13,9 milyon, Lenovo-nun 13,8 milyon ədəd təşkil edib
 





11.10.2012    çap et  çap et