525.Az

Mədəniyyət və İncəsənət Universiteti Milli Yaylaq Festivalında - Foto


 

Mədəniyyət və İncəsənət Universiteti Milli Yaylaq Festivalında - <b style="color:red">Foto </b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Milli Yaylaq Festivalında təmsil olunub.

ADMİU-dan verilən məlumata görə, Gədəbəyin Miskinli yaylağı ərazisində təşkil olunan festivalda universitetin Rəssamlıq fakültəsinin dekanı sənətşünaslıq üzə fəlsəfə doktoru Sevil Kərimova, dekan müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli, Dizayn və Dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Xalq rəssamı, professor Arif Əziz və universitetin tələbələri fəal iştirak ediblər.
 
Dizayn ixtisası üzrə təhsil alan tələbələr Fidan Cəfərova, Teyyub İskəndərzadə və Günay Rüstəmovanın əsərləri festival iştirakçılarının xüsusi marağına səbəb olub. Tələbə rəssamlar azyaşlı ziyarətçilərə dərs keçiblər.

Açılış mərasiminin sonunda ADMİU-nun tələbələrinə Mədəniyyət Nazirliyinin sertifikatları təqdim olunub.

Qeyd edək ki, mədəni-etnoqrafik və eko-etnoturizmi özündə birləşdirən Milli Yaylaq Festivalı iyulun 26-dan 28-dək davam edib.

Tədbir Gədəbəy Rayon İcra Hakimiyyəti, “Cavad xan” Tarix və Mədəniyyət Fondu və Türk İşbirliyi və Kordinasiya Agentliyinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Mədəniyyət, Kənd Təsərrüfatı nazirlikləri, Atcılıq Federasiyasının dəstəyi ilə baş tutub. Festivalının açılışında 30 min nəfərdən çox insan, o cümlədən, yerli və xarici turistlər, iş adamları, diplomotik korpus və media nümayəndələri iştirak ediblər.

Festival çərçivəsində milli rəqs, xalq mahnıları, aşıq deyişmələri, qədim xalq oyunları, tətbiqi sənət nümunələri təqdim olunub, eləcə də yaylaq kulinariyası, müxtəlif sərgilər təşkil edilib. Həmçinin, Azərbaycanda yaşayan müxtəlif etnik qruplar üzrə kollektivlərin mədəni proqramlarını və nümunəvi çıxışlarını özündə birləşdirən mədəni etnoqrafik tədbirlər keçirilib.

Sevinc QARAYEVA

 





30.07.2019    çap et  çap et