525.Az

"Azərbaycan" jurnalının yeni sayında...


 

"Azərbaycan" jurnalının yeni sayında... <b style="color:red"></b>

Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı "Azərbaycan" jurnalının iyul-avqust sayı işıq üzü görüb.

Jurnal "Poeziya" bölməsi ilə başlayır. Bölməyə Əkbər Qoşalı, Xalid Mahmud, Mirhafiz Bahadır, Zəki Bayram (Yurdçu), Allahşükür Ağa, Vahid Aslan, Nizaməddin Şəmsizadə, Hüseyn Sözlü, Nəcməddin Mürvətov, Rəfail İncəyurd, Arzu Nehrəmli və Mehdi Zahidin şeirləri daxildir.

"Nəsr" bölməsində Kamil Əfsəroğlunun "Yuxu" romanının əvvəli, Həcərin "Ağ dəvə düzdə qaldı", Azər Abdullanın "Muğam", Nizami Əlioğlunun "Qaranquşun ovu" hekayələri yer alıb.

"Publisistika"da Fuad Vəliyevin "29-cu gün", "Ədəbi talelər"də Günel Natiqin "Andrey Platonov-idealları məhv olmuş yazıçı", "Xatirələr, duyğular"da Vaqif Yusiflinin "Məmməd Cəfər sevgisi" məqalələri çap olunub.

"Axtarışlar, tapıntılar" rubrikasında Paşa Əlioğlu "Cəlil Məmmədquluzadənin şəxsi arxivi və Həmidə xanımın bir etiraz məktubu barədə" danışır. "Tənqid və ədəbiyyatşünaslıq" bölməsində bu dəfə Cavanşir Yusifli "Gənc nəslin paradiqması" adlı məqaləsinin ikinci hissəsi, Nizami Tağısoy "Nəsimidə Allahın adlarının zikri" məqaləsi ilə çıxış edirlər.

Baba Babayevin "Haqverdiyev gülür, güldürür", Zöhrə Fərəcovanın "İrşad" qəzetində bədii tərcümə məsələləri" məqalələri jurnalın "Mətbuat tariximizdən" adlı rubrikasındadır.

"Kitablar, rəylər" bölməsində oxucular Nina Smiçin "Zərif ruhlu şeirlər"i ilə tanış olacaqlar. "Ədəbi kaleydoskop"da Zümrüd məşhur yazıçıların həyatlarına dair maraqlı faktları təqdim edir. Jurnalın ənənəvi "Kitab rəfi" rubrikasında yeni nəşrlərdən söz açılır.

Şahanə MÜŞFİQ

 





31.07.2019    çap et  çap et