525.Az

Uşaq və gənclər üçün yay istirahət düşərgəsi təşkil olunub - Foto


 

Uşaq və gənclər üçün yay istirahət düşərgəsi təşkil olunub - <b style="color:red">Foto </b>

Gənclər və İdman Nazirliyi Ermənistanla təmas xəttində və cəbhəyanı rayonlarda yaşayan uşaq və gənclər üçün Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində yay istirahət düşərgəsi təşkil edib.

Nazirlikdən verilən məlumata görə, düşərgə çərçisəvində iştirakçılar üçün şən və əyləncləli oyunların, üzgüçülük, intellektual oyunların, qrup yarışlarının, stolüsü və kompüter oyunlarının təşkili, tarixi və mədəni yerlərə ekskursiyaların edilməsi nəzərdə tutulub.

Düşərgədə Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Füzuli, Ağdam, Tərtər, Xocavənd rayonlarından 100-dən artıq uşaq və gəncin yay istirahəti səmərəli təşkil olunur.
 
İştirakçılar burada asudə vaxtlarını səmərəli keçirməklə yanaşı, bir-biriləri ilə yaxından tanış olmaq imkanı əldə edirlər.

Qeyd edək ki, düşərgə 27 iyul-5 avqust tarixlərini əhatə edir.

C.ABASOV

 





31.07.2019    çap et  çap et