525.Az

Azərbaycanda vəzifəli şəxsin oğlu qətlə yetirilib


 

Azərbaycanda vəzifəli şəxsin oğlu qətlə yetirilib<b style="color:red"></b>

Bakıda qətl törədilib.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Biləcəri qəsəbəsi, Binəqədi şosesi-4 ünvanında qeydə alınıb.
 
Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tural Məzahir oğlu Əliyev şəxsi münaqişə zəminində tanışı, 1991-ci il təvəllüdlü Əli Natiq oğlu Məlikovu bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən T.Əliyev saxlanılıb. Qətlin motivi hələlik açıqlanmır.
 
Polisdən həmçinin bildirilib ki, qətlə yetirilən Ə.Məlikov Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovun oğludur.
 
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

 





16.10.2013    çap et  çap et