525.Az

Gürcüstanda güclü külək və dolu azərbaycanlılara ziyan vurub


 

Gürcüstanda güclü külək və dolu azərbaycanlılara ziyan vurub<b style="color:red"></b>

Güclü külək və dolu Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonun bir neçə kəndində problemlər yaradıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, rayonun icra başçısının birinci müavini Buba Qobecişvili və İnfrastruktur departamentinin rəhbəri Konstantin Kordzadze ilə birgə Xatisopeli, Mamxuti (Saraçlı) və Talaver (Faxrali) kəndlərində yaranan vəziyyətlə tanış olublar.

Təbii fəlakət nəticəsində Xatisopeli və Talaver kəndlərindəki yaşayış evlərinin dam örtüklərinə, Mamxuti kəndində isə əkin sahələrinə ciddi ziyan vurub.

Hazırda güclü külək və dolunun kənd sakinlərinə vurduğu ziyanın müəyyən olunması üçün xüsusi komissiya yaradılıb. Komissiyanın rəyindən sonra əhaliyə müvafiqyardım göstəriləcək.

 





01.08.2019    çap et  çap et