525.Az

Ölümlə nəticələnən avtobus qəzasının təfərrüatları məlum oldu


 

Ölümlə nəticələnən avtobus qəzasının təfərrüatları məlum oldu<b style="color:red"></b>

Bakıda ölümlə nəticələnən avtobus qəzasının təfərrüatı məlum olub.

Bakı Nəqliyyat Agentliyindən (BNA) “Report”a verilən məlumata görə, hadisə R.Rüstəmov küçəsində baş verib.

Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən OPEL markalı minik avtomobili digər nəqliyyat vasitəsinə dəyərək əks istiqamətdə gələn nəqliyyat vasitələrinin yoluna çıxıb. Daha sonra Qara Qarayev prospekti istiqamətində hərəkət edən 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkətdə olan (99 XJ 582 Dövləq Qeydiyyat Nişanı) avtobusun qarşısına çıxaraq avtobusa dəyib. Avtobusdakı sərnişinlər arasında xəsarət alan yoxdur. Hazırda qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırma aparılır.

Qeyd edək ki, qəza nəticəsində OPEL markalı minik avtomobilinin sürücüsü dünyasını dəyişib, iki nəfər yaralanıb.

 





02.08.2019    çap et  çap et