525.Az

Zeynəb Xanlarova: "Yıxılana balta vuran deyiləm"


 

Zeynəb Xanlarova: "Yıxılana balta vuran deyiləm"<b style="color:red"></b>

Sabiq millət vəkili Gülər Əhmədova və fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayev arasındakı rüşvət qalmaqalından bəhs edən videomateriala, bu ətrafda baş verən hadisələrə deputat Zeynəb Xanlarova münasibət bildirib.

Modern.az saytına eksklüziv açıqlamasında Zeynəb Xanlarova digər həmkarlarından fərqli olaraq Gülər Əhmədova barəsində hər hansı sərt fikir söyləmək istəmədiyini deyib. Belə ki, o yıxılanlara balta vuranlardan olmadığını vurğulayıb.

“Mən yıxılana balta vuran adamlardan deyiləm. Yıxılanın əlindən tutub qaldırmağa çalışıram. Bu mənim xarakterimdir “-deyə millət vəkili bildirib.

 





11.10.2012    çap et  çap et