525.Az

“Kommersant”: “Orxan Zeynalovu azərbaycanlı biznesmenlər təhvil verib”


 

“Kommersant”: “Orxan Zeynalovu azərbaycanlı biznesmenlər təhvil verib”<b style="color:red"></b> Rusiya Federal Təhqiqat Bürosu azərbaycanlı biznesmenləri hədələyibmiş...
 
Moskva sakini Yeqor Şerbakovun qətlə yetirilməsində şübhəli sayılan Azərbaycan vətəndaşı Orxan Zeynalovu hüquq-mühafizə orqanlarına Azərbaycan diasporu təhvil verib.

Lent.az-ın verdiyi məlumata görə, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.

“Kommersant” yazıb ki, Rusiya Federal Təhqiqat Bürosunun əməkdaşları Azərbaycanın Rusiyadakı diasporunun nüfuzlu təmsilçiləri ilə əlaqə yaradıb və onları Rusiyadakı bizneslərinə problem yaradılacağı ilə hədələyiblər. Nüfuzlu azərbaycanlı biznesmenlər isə Orxan Zeynalovun saxlanılmasına yardım edəcək həmyerlilərinə maddi dəstək vəd ediblər. Tezliklə Federal Təhqiqat Bürosunun əməkdaşlarına Orxan Zeynalovun Ryazanda qohumlarının yanında gizləndiyi və Kolomna getməyə hazırlaşdığı barədə məlumat verilib.

Orxan Zeynalov oktyabrın 15-də Kolomnda saxlanılıb, əməliyyatda xüsusi təyinatlılar iştirak edib.
 





17.10.2013    çap et  çap et