525.Az

Ağacların qurudulmasına görə “Azərsu” barədə protokol tərtib edildi


 

Ağacların qurudulmasına görə “Azərsu” barədə protokol tərtib edildi<b style="color:red"></b>

Bakıda ağacların qurudulmasına görə “Azərsu” ASC-yə protokol tərtib olunub.

Bu barədə "Report"a Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı Nazirliyə daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda “Azərsu” ASC-yə məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkar edilib.

Faktla bağlı “Azərsu” ASC barəsində protokol tərtib olunub və toplanan materiallar məhkəməyə hazırlanır.

 





02.08.2019    çap et  çap et